Bank Of Baku

Valyuta hərracında bankların dollar tələbi 47 milyonu ötüb

Valyuta hərracında bankların dollar tələbi 47 milyonu ötüb
# 10 oktyabr 2023 12:47 (UTC +04:00)

10 oktyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

APA-Economics” AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 47.4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 4.9 dəfə çoxdur. Belə ki, 5 oktyabrda keçirilən valyuta hərracında banklar 9.7 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR