Bank Of Baku

Vergi qanunvericiliyini pozan transmilli şirkətlər üçün maliyyə sanksiyası 20 dəfə artırılır

Vergi qanunvericiliyini pozan transmilli şirkətlər üçün maliyyə sanksiyası 20 dəfə artırılır
# 03 noyabr 2022 11:11 (UTC +04:00)

Transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən Vergi Məcəlləsində göstərilən hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyası 20 dəfə artırılır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən Vergi Məcəlləsində göstərilən hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyasının 500 manatdan 10 000 manata qaldırılması təklif olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR