2023-cü ilin yanvar-iyul aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 1.2 milyard manatlıq əməliyyat aparıblar.
Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir. Məlumata görə, bu da illik müqayisədə 7.7% azdır.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 1.3 milyard manat təşkil edib.
Təkcə bu ilin iyul ayında isə əcnəbilərin bank kartları vasitəsilə əməliyyatları 2.2% artaraq 218.8 manata yüksəlib.