Bakı. APA-Economics – Ötən gün “AccessBank”-ın keçirdiyi «Şanslı Əmanət» lotereyasının qalibi bəlli olub.
Bankdan “APA–Economics”ə verilən məlumata görə, lotereyanın qalibi olan “Badamdar” filialının müştərisinə Volkswagen Passat hədiyyə olunub.
Bundan əlavə, iki ədəd 100 qramlıq 999 əyarlı qızıl külçənin, o cümlədən, balansında 500
Xatırladaq ki, lotereya 2014-cü il 28 yanvar tarixindən 31 mart tarixinədək keçirilib. Oyunun şərtlərinə görə, bankda ən az 5 000 manat (və ya həmin məbləğin ABŞ dollarında ekvivalenti) məbləğində əmanət yatıran fiziki şəxslər, o cümlədən, rezident və qeyri-rezidentlər lotereyada iştirak edə bilərdi.
Lotereyada bankın 1 441 əmanətçisi iştirak edib, uduş şanslarının sayı isə 5 370 təşkil edib. Lotereya, 3 jurnalist və Bankın 2 tərəfdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə oynanılıb.