Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün “AccessBank” 60 mln. ABŞ dolları dəyərində sindikatlaşdırılmış kredit cəlb etdiyini açıqlayıb.
“APA-Economics”in məlumatına görə, 16 xarici bankın qoşulduğu kredit “Raiffeisen Bank International AG” tərəfindən təşkil edilib. Bu ilin yanvarında başlamış əməliyyat 25 mln. ABŞ dolları toplamağı qarşına məqsəd qoysa da, əməliyyat beynəlxalq investorların həddindən artıq marağını cəlb edib və 60 mln. dollaradək artıb.
“Bu “AccessBank”-ın tarixində investorlar qismində yalnız kommersiya banklarının çıxış etdiyi ilk sindikatlaşdırılmış kredit əməliyyatı hesab olunur. İştirakçı bankaların tərkibindən çox razıyıq. Həmin banklar Mərkəzi və Şərqi Asiya, MDB, Yaxın Şərq və Şərqi Asiya regionunu əhatə etməklə, 11 ölkəni təmsil edir. Bu, investorların “AccessBank”a və ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı və bank sisteminə yüksək etimadının göstəricisidir”, - deyə “AccessBank”ın baş meneceri və İdarə Heyətinin sədri Mixael Hoffmann bildirib.
Kreditə qpşulan banklar bunlardır: AKA Ausfuhrkredit Gesellschaft mbH (AKA), Banca Transilvania SA, OJSCB Bank ZENIT, Burgan Bank S.A.K., Credit Europe Bank N.V., Sviaz-Bank, Amsterdam Trade Bank N.V., Baltikums Bank AS, Chang Hwa Commercial Bank Ltd. (London Branch), Eurocity Bank AG, KDb Bank Europe Ltd., Mega International Commercial Bank (Amsterdam Branch), Misr Bank-Europe GmbH, Siauliu Bankas AB, Banque de Commerce et de Placements SA, Oberbank AG.