Bank Of Baku

“AtaSığorta”nın daxilomaları azalıb

“AtaSığorta”nın daxilomaları azalıb
# 06 mart 2018 13:52 (UTC +04:00)

“AtaSığorta” şirkətinin 2018-ci il fevral ayı üzrə sığorta yığımları 1 333 108 manat təşkil edib.

 

Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, bu, yanvar ayı ilə müqayisədə 3,66% və ya 50,709 min manat azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə də şirkətin daxilolmalarında azalma qeydə alınıb. Belə ki, ötən illə müqayisədə sığorta haqları 0,71% və ya 9 507 manat azalıb.

 

Fevral ayı üzrə şirkətin sığorta ödənişlərində isə artım qeydə alınıb. Yanvar ayı ilə müqayisədə fevral sığorta ödənişləri 18% və ya 108 708 manat artaraq 715 691 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə də ödənişlər 35,1% və ya 185 823 manat artıb.

 

Bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR