Bakı – APA-Economics. Əgər siz də banka qoyduğunuz əmanət (depozit) qarşılığında kredit xəttindən və kredit kartından istifadə etmək istəyirsinizsə, o zaman “Azər-Türk Bank” bu şəraiti sizə yaradır.
Əlavə olaraq müştərilər əmanətin illik faiz dərəcəsinin üzərinə 3% əlavə olunmaqla nağd pul krediti əldə edə bilərlər. Misal üçün: müştəri 12 ay müddətlik əmanət yerləşdiribsə, bu zaman əmanəti yerləşdirdiyi 10%-ə 3% əlavə olunur və illik faiz dərəcəsi 13% təşkil edir. Kreditin maksimal məbləği əmanətin 90% miqdarında ola bilər, 36 aylıq rəsmiləşdirmək mümkündür.
Əmanətin təminatı əsasında müştərinin istəyi ilə əmanət məbləğinin 90%-nə kimi kart üzrə kredit xətti açıla bilər. Bundan başqa əgər əmanət ən azı 12 ay müddətli olarsa, onda 50 min AZN/USD məbləğinədək əmanət sahiblərinə 40 günədək faizsiz 5 min AZN/USD kredit xətti olan MasterCard Standard təqdim olunur. 50 min AZN/USD məbləğindən yüksək əmanət sahiblərinə 40 günədək faizsiz 10 min AZN/USD kredit xətti olan MasterCard Gold, 100 min AZN/USD məbləğindən yüksək əmanət sahiblərinə isə 40 günədək faizsiz 15 min AZN/USD kredit xətti olan MasterCard Platinum kredit kartı hədiyyə verilir.