Bakı. Pərviz Nuriyev - APA-Economics. “AzeriCard” Prossesinq mərkəzində sistem yeniləmə işləri aparılacaq.
“AzeriCard”-dan “APA-Economics”ə verilən məlumatına görə, mərkəzdə aparılan yeniləmə işləri ilə əlaqədar 9 apreldən 10 aprelə keçən gecə mərkəzin fəaliyyəti saat 01:00-dan 05:00-a qədər dayandırılacaq.