Bank Of Baku

“Bank of Baku” Facebook-da rekord vurur: 280.000 fan!

“Bank of Baku” Facebook-da rekord vurur: 280.000 fan!
# 07 aprel 2014 09:06 (UTC +04:00)

Bakı. APA-Economics. “Bank of Baku”-nun Facebook səhifələri Azərbaycanın bank sektorunda ən populyar sosial səhifələrdəndir. Səhifələrin fanlarının toplam sayı 280 mini aşıb.

 

Bankdan “APA Economics” ə verilən məlumata görə, “Bank of Baku” Facebook-da iki səhifəyə malikdir: bankın rəsmi səhifəsi (www.facebook.com/bankofbaku) və Bolkart brendinin rəsmi səhifəsi (www.facebook.com/Bolkart).

 

“Bank of Baku”-nun Facebook sosial şəbəkəsindəki səhifələri bankın kommunikasiyalar sahəsində effektiv novatorluğunu əks etdirir.

 

Bir müddət öncə “Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers monitorinq xidmətinin ən yaxşı sosial yönlü səhifə nominasiyası üzrə mükafatına layiq görülüb. Xüsusi sertifikatda bankın istifadəçilərlə kommunikasiyanı nümunəvi səviyyədə qurduğu və müraciətlərin əksəriyyətinin cavablandırıldığı qeyd olunub.

 

Yeniliklərə daima prioritet verən “Bank of Baku” sosial şəbəkəsində öz müştərilərinə bank xidmətləri təklif edir. Azərbaycan bankçılıq tarixində ilk dəfə olaraq “Bank of Baku” “Fan kredit” layihəsinə start verib.

 

Bankın sosial şəbəkəsində tez-tez aksiya və müsabiqələr keçirilir. “Bank of Baku” yerli banklar arasında ilk dəfə onlayn oyun keçirib.

 

“Bank of Baku”  Facebook istifadəçiləri üçün yeni məhsul və xidmətlər üzərində işini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR