Bakı. Musa Əhmədov – APA-Economics. Mayın 29-dan etibarən “Bank of Baku” ASC-nin adi təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, emissiyanın ümumi həcmi 12 mln. ABŞ dolları təşkil edir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 dollar olan 12 min ədəd istiqraz yerləşdiriləcək. İstiqrazların tədavül müddəti 24 ay, istiqraz üzrə gəlirlilik 11%-dir. Faiz ödəniş dövrünün müddəti hər 6 aydan bir müəyyən olunub.
Yerləşdirmənin anderrayteri “Standard Kapital” MMC-dir.