Bank Of Baku

“Bank of Baku” müəllimlərə manatla komissiyasız kredit təklif edir

“Bank of Baku” müəllimlərə manatla komissiyasız kredit təklif edir
# 05 oktyabr 2015 09:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 5 oktyabr Müəllimlər Günü ilə əlaqədar “Bank of Baku” Azərbaycanın bütün təhsil işçilərini təbrik edir, onlara peşə uğurları arzu edir və bu peşə bayramı münasibətilə təhsil sahəsinin bütün işçiləri  üçün “Müəllimlərimizə ÖZƏL” adlı sərfəli kampaniyaya start verir.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, kampaniya çərçivəsində təhsil müəssisələrində çalışan müştərilər, həmçinin, digər müəssisələrdə təhsil sahəsi üzrə fəaliyyət göstərən şəxslər, 0% komissiya, illik 26%-lə manatla nağd pul kreditini əldə edə bilərlər.

 

Pul krediti ilə yanaşı yeni “Bolkart” alan və ya mövcud kartını dəyişən müştərilərə yaşları qədər “Bolkart” balları hədiyyə ediləcək. Məsələn: müraciət edən təhsil işçisinin 55 yaşı varsa, onun yeni “Bolkart”ına hədiyyə olaraq 55 bal yüklənəcək. Bu ballardan istifadə edərək, bolkartın partnyor mağazalarında 55 manat dəyərində alış-veriş etmək mümkün olacaq.

 

Kampaniya oktyabrın 15-dək qüvvədədir.

 

“TEHSİL” sözünü yazıb, SMS-lə 8145 nömrəsinə göndərin, bank əməkdaşları qısa zamanda Sizinlə əlaqə saxlasın!

 

Kampaniya haqqında daha ətralı məlumatı 145 məlumat mərkəzindən və bankın rəsmi veb səhifələrindən www.bankofbaku.com və www.facebook.com/bankofbaku əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR