Bank Of Baku

“Bank Technique” vəsaitlərin bank kartlarına ani mədaxili xidmətini yaradıb

“Bank Technique” vəsaitlərin bank kartlarına ani mədaxili xidmətini yaradıb
# 17 aprel 2014 10:17 (UTC +04:00)

Bakı – APA-Economics. “Bank Technique” ASC xidmət proseslərini təkmilləşdirməkdə davam edir və bu məqsədlə vəsaitlərin bank kartlarına ani mədaxili xidmətini yaradıb. Bundan sonra plastik kartlara köçürülən məbləğ bir neçə dəqiqədən sonra müştəri tərəfindən istifadə edilə bilər.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni xidmət “Bank Technique”in bütün kart sahibləri üçün nəzərdə tutulub. Bunun üçün müştəri bankın filialına yaxınlaşaraq, kartını və yerləşdirmək istədiyi vəsaiti təqdim etməlidir.

 

“Bank, stabil olaraq, xidmətlərin keyfiyyətinin və sürətinin artırılması üzərində çalışır. Əməliyyatın təhlükəsizliyi və risklərin azaldılması məqsədilə indiki mərhələdə köçürülən məbləğin dərhal istifadəsi, plastik kartı filiallarda yerləşən POS-terminaldan keçirdikdən sonra mümkündür”, - “Bank Technique”-ın bank kartları şöbəsinin müdiri Fərid Babayev deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR