Bakı. Pərviz Nuriyev - APA-Economics. “Bank VTB (Azerbaijan)” ASC-nin çağrı-mərkəzi fəaliyyətə başladığı dövrdən 47 mindən artıq müştərinin müraciətinə cavab verib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə 2012-ci ilin oktyabr ayından fəaliyyət göstərən mərkəzdə 39 679 zəng, bankın rəsmi saytında olan onlayn-məsləhət xidməti vasitəsilə 6 133 müraciət və 1390-dan artıq onlayn-ərizə qeydə alınıb.
Bankın çağrı mərkəzinin rəhbəri Ayaz Əhmədov bildirib ki, mərkəz bayram günlərində də müştərilərə fasiləsiz xidmət göstərir. Novruz bayramı günlərində (martın 20-26-da) mərkəzə 400-dən artıq müraciət daxil olub, 100-dən artıq müraciətə bankın rəsmi saytında olan “onlayn-məsləhət” xidməti vasitəsilə baxılıb.
Çağrı-mərkəzi, daxil olan zəngləri və kreditlər üzrə bankın saytına daxil olan onlayn-sifarişləri qəbul edir, habelə ödənişi gecikdirən (30 günədək) müştərilərlə işləyir, müştərilərə kreditlərin ödənişini xatırladır və müştəriləri ad günləri münasibətilə təbrik edir.
Bundan başqa, mərkəzdə “zəng sifarişi” xidməti də fəaliyyət göstərir: bankın saytında öz telefon nömrəsini yerləşdirmiş müştərilərə çağrı-mərkəzinin mütəxəssisi tərəfindən zəng vurulur və məsləhət xidməti göstərilir.
“Cari ildə mərkəz vasitəsilə aktiv satışların gercəkləşməsini və hüquqi şəxslərlə aparılan işin genişləndirilməsini planlaşdırırıq”, - deyə A. Əhmədov əlavə edib.
“Bank VTB (Azerbaijan)” ASC “VTB” ASC-nin törəmə bankıdır. Onun səhmdarları “Bank VTB” ASC və “AtaHolding” ASC-dir. “Bank VTB (Azerbaijan)” ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.