Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Dəmir İnvestisiya Şirkəti” QSC-nin AZ1001019731 dövlət qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 10 000 manat olan 23 ədəd səhmlərin emissiyasının yekunları haqqında hesabat təsdiq edilib.
Bu barədə “APA-Economics”ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan prezidentinin 3 fevral 2016-cı il tarixli fərmanı ilə yaradılıb.