Bakı. Pərviz Nuriyev-APA-Economics. “DəmirBank” girov qoymaqla kredit götürmək istəyənlər üçün “Əmlak girovlu kredit” adlı yeni kredit aksiyasına başlayıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya 30 sentyabr 2014-cü il tarixinədək davam edəcək.
Aksiyanın şərtlərində ev, mənzil, torpaq, obyekt və digər girov qoyan müştərilərə 10000-50000 manat kredit verilə biləcəyi qeyd olunub. Krediti maksimum 60 ay müddətinə rəsmiləşdirmək mümkündür.
Aksiya avtomobil, ipoteka, təkrar müştərilərə kredit və depozit əsaslı kreditlərə şamil edilmir. Müştəri aksiya çərçivəsində kredit məhsulundan bir dəfə yararlana bilər.