Bank Of Baku

“DəmirBank” əmanətçilərinə güzəştli kredit təklif edir

“DəmirBank” əmanətçilərinə güzəştli kredit təklif edir
# 23 may 2014 08:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank” əmanət üzrə müştərilərinə güzəştli kreditlər təklif edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumatda deyilir ki, əmanət ilə təmin olunmuş kreditin şərtlərə görə, “DəmirBank”da əmanəti olan müştərilər əmanət üzrə illik faiz dərəcəsinə 4% əlavə olunmaqla nağd pul krediti əldə edə bilərlər.

 

Misal üçün: Əgər müştəri 36 ay müddətinə “Göy” əmanəti üzrə banka əmanət yerləşdiribsə, bu zaman əmanəti yerləşdirdiyi 11%-ə 4% əlavə olunur və illik faiz dərəcəsi 15% təşkil edir. Kreditin maksimal məbləği əmanətin 80% miqdarında ola bilər, 36 aylıq rəsmiləşdirmək mümkündür.

 

“Əmanət çeşidi” proqramı üzrə “DəmirBank” hazırda əhaliyə münasib şərtlərlə 4 əmanət növü təklif edir – “Göy”, “Sarı”, “Qırmızı” və “Uşaq”.

 

Bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR