Bank Of Baku

“DəmirBank” lotereyanın qaliblərini müəyyən edib

“DəmirBank” lotereyanın qaliblərini müəyyən edib
# 27 may 2014 07:51 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “DəmirBank”ın saytından BillPay on-layn ödənişləri üzrə lotereya keçirilib. Qaliblərə e-mail ilə nəticələr barədə məlumat verilib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, BillPay sistemi ilə on-layn ödəniş edənlər toplanan bonuslardan istifadə edərək lotereyada iştirak ediblər. Ümumilikdə lotereyada 1 ədəd mininot, 1 ədəd ətçəkən və 1 ədəd şirəçəkən maşın oynanılıb.

 

Qeyd edək ki, ödənilən hər 1 manat üçün istifadəçi 100 bonus xalı əldə edir. Lotereyada iştirak etmək istəyənlər şanslarını özləri müəyyən edib. Belə ki, mininot üçün 1500, ətçəkən üçün 400, şirəçəkən üçün isə 200 bonus xalı tələb olunub.

 

Plastik kart sahibləri BillPay on-layn ödəniş xidməti vasitəsi ilə https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, internet provayder və kabel TV xidmətlərinin on-layn ödənişini həyata keçirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR