Bakı. Pərviz Nuriyev – APA-Economics. “DəmirBank” səyahətə gedənlər üçün “Səyahət krediti” adlı güzəştli kredit aksiyası keçirir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya 22 avqust 2014-cü il tarixinədək davam edəcək.
Turizm şirkətlərində səyahət paketi alanlara maksimum 6 000 manatadək kredit, 12 aylıq müddətə təqdim edilə bilər. Bundan başqa aksiya çərçivəsində müştərilərə pulsuz Visa Classic kartı, 3 000 manatdan yuxarı kredit götürənlərə isə məbləğin 30%-i qismində kredit xətti veriləcək.
Bəzi agentliklərindən səyahət paketi alanlara illik faiz dərəcəsində güzəştlər təqdim ediləcək. Müştəri aksiya çərçivəsində kredit məhsulundan bir dəfə yararlana bilər.