“DəmirBank”da əhalinin əmanətləri 19% artıb

“DəmirBank”da əhalinin əmanətləri 19% artıb
# 14 iyul 2014 09:36 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “DəmirBank”ın aktivləri 1 iyul 2014-cü il tarixinə 412,9 mln. manat təşkil edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 39 mln. manat və ya 14% artaraq 319,5 mln. manatı keçib.

Müştəri depozitlərinin həcmi 1 iyul 2014-cü il tarixinə 194,1 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 165,6 mln. manat təşkil edib ki, ilin əvvəli ilə müqayisədə bu göstərici 19,5% və ya 27,1 mln. manat çoxdur.

Bu dövrdə bankın məcmu kapitalı 62,8 mln. manat olub. Bu isə Azərbaycan Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR