Bank Of Baku

“DəmirBank”ın kreditorlarının tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb

“DəmirBank”ın kreditorlarının tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb
# 07 mart 2018 12:19 (UTC +04:00)

Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılıb.

 

Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorları öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

 

-       kreditorun adı və ünvanı;

 

-       tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

 

-       tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

 

Kreditorlardan xahiş olunur ki, 6 mart tarixindən 30 (otuz) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna aşağıda qeyd edilən ünvana müraciət etsinlər:

 

 Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialı.

 

 

 

Əlavə məlumatlar ücün əlaqə nömrələri:

 

( 99412) 444-71-71

 

( 99412) 447-77-44

 

( 99412) 596-65-91

 

 Qaynar xətt – 941.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR