Bank Of Baku

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
# 26 mart 2018 08:54 (UTC +04:00)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

 

Dünya birjalarında EUR/USD məzənnəsi yenidən bahalaşaraq, 1.2370$-ın üzərində ticarət edilməkdədir və 1.2419$, 1.2531$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Qeyd etmək lazımdır ki, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, avroya olan tələbin də artmasına səbəb olur.

 

GBP

 

GBP/USD məzənnəsi də 1.4160$-ın üzərində ticarət edilməkdədir. Burada da təhlillərə əsasən, qiymət 1.4218$-a kimi bahalaşarsa, artım dalğasının 1.4345$-a kimi güclənə biləcəyi proqnozlaşdırılır.

Maliyyə bazarlarında İngiltərə Mərkəzi Bankının növbəti dəfə faiz artımına gedə biləcəyi gözləntilərinin artması, funt sterlinqin bahalaşmasına təsir edir.

 

TRY

 

Türkiyə bazarlarında USD/TRY məzənnəsi 4.03TL-ə kimi bahalaşdıqdan sonra  3.97TL-ə kimi ucuzlaşıb. Beləliklə, qiymət 4.00TL-nin altında qaldıqca, ucuzlaşma 3.94TL-ə kimi də davam edə bilər.

 

OIL

 

Enerji bazarlarında da neft qiymətlərində müsbət tendensiya davam etməkdədir. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 71$-a kimi dəyər qazanıb və qiymət bu səviyyənin üzərində möhkəmələnərsə, 73$ və 75$-a kimi də dəyər qazana bilər.

 

GOLD

 

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1348$-a (43.2 $/qram) ticarət edilir və 1361$ (43.7 $/qram), 1366$-a (43.8 $/qram) kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

 

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

 

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

 

_____________________________________________________________________________

 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR