. Musa Əhmədov - APA-Economics. Mayın 20-dən “Kapital Bank” bazara yeni depozit növləri təqdim edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın depozit məhsullarının şərtləri indi daha sərfəlidir.
İllik faiz dərəcələri depozitin müddətindən və növündən asılı olaraq 12%-ə qədər artırılıb. İndi depoziti rahatlıqla artırıb azaltmaq imkanı da var. Bankda vəsait yerləşdirən müştərilərə dəyərli ödəniş kartları hədiyyə edilir. Üstəlik, onlara istəklərindən asılı olaraq çox sərfəli şərtlərlə nağd pul krediti verilir, yaxud kredit xətti açılır.
İyunun 1-dən “Kapital Bank”da depozitlər üzrə uduşlu lotereyaya start verilir. Lotereyanın şərtlərinə görə, 50 gün ərzində Bankda əmanət yerləşdirənlərdən hər gün 1 nəfər şanslı əmanətçi 500 manat qazanacaq. Kampaniyanın sonunda, yəni iyulun 21-də super-priz olaraq 1 qalib müştəriyə 25 000 manat mükafat veriləcək. Qalib əmanətçilərin müştəri kodları hər növbəti iş günü kapitalbank.az saytında və “Kapital Bank”ın facebook səhifəsində elan olunacaq.
“Kapital Bank”da əmanət hesabı açanlar ilk gündən qazanmağa başlayır. Depozitləri Bankın bütün filiallarında yerləşdirmək olar.
Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 11 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.