Bank Of Baku

“Muğanbank” xidmət şəbəkəsini genişləndirir

“Muğanbank” xidmət şəbəkəsini genişləndirir
# 03 aprel 2014 07:30 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Muğanbank” ASC Saatlı və Bərdə şəhərlərində iki yeni filial açaraq regionlarda xidmət şəbəkəsini genişləndirib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni açılmış filiallarda müştərilərə hər növ bank xidmətləri təqdim olunur.

 

Son zamanlar “Muğanbank”-ın regionlarda xidmət şəbəkəsinin sayı artaraq 15-ə çatıb. Yeni filialların açılması ilə “Muğanbank” regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır.

 

Filillarda fiziki və hüquqi şəxslərə hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və digər bank xidmətləri təklif edilir.

 

Yeni açılmış Saatlı filialı Saatlı şəhəri, Heydər Əliyev prospekti, 207 D ünvanında, Bərdə filialı isə Bərdə şəhəri, Nizami küçəsində fəaliyyət göstərir.

 

“Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda bankın ölkə ərazisində 33 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə xidmət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR