Bakı. Pərviz Nuriyev - APA-Economics. “Paşa Bank”ın aktivlərinin həcmi 2014-cü ilin iyulun 1-nə 986,486 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,3% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 12,2% artaraq 365,181 mln. manat olub. Buna baxmayaraq I rüblə müqayisədə kredit portfelində 2,3% azalma müşahidə olunub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 34,8% artaraq 447,964 mln. manata çatıb.
Bir il ərzində bankın məcmu kapitalı 73,8% artaraq 336,145 mln. manata çatdığı halda, nizamnamə kapitalı 87,1% artaraq 333 mln. manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 9,9% artaraq təxminən 35,460 mln. manata çatıb.
Cari ilin I yarımilliyi ərzində bankın əldə etdiyi xalis mənfəət 6 mln. 656,068 min manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2% artım deməkdir.