Bakı. Musa Əhmədov – APA-Economics. “PAŞA Həyat Sığorta” şirkətinin əməkdaşları 22-23 mayda Almaniyanın Münhen şəhərində keçirilən “2nd Annual Operational Excellence in Insurance-OPEX14” adlı beynəlxalq konfransda iştirak edib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 10-dan çox ölkənin 50-yə yaxın nümayəndəsinin qatıldığı konfransda “PAŞA Həyat”ı Strateji Planlaşdırma və İnkişaf, Maliyyə departamenti və İnformasiya Texnologiyaları şöbəsinin rəhbərləri təmsil edib.
Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya və digər Avropanın iri dövlətlərinin sığorta, maliyyə, informasiya texnologiyaları və digər sahələri əhatə edən şirkətlərin top menecerlərinin təmsil olunduğu konfransda iştirakçı ölkələrin təcrübəli menecerləri öz ölkələrində sığorta şirkətlərinin idarə olunması, onların fəaliyyəti barədə maraqlı məruzələr edib.
Konfransda sığorta biznesində yeni qabaqcıl texnologiyaların tətbiqi və şirkətdaxili struktur bölmələri arasında əməliyyatların təkmilləşdirilməsi təcrübəsi barədə maraqlı məlumatlar verilib.