Bank Of Baku

“PAŞA Həyat Sığorta” ilk filialını açıb

“PAŞA Həyat Sığorta” ilk filialını açıb
# 29 may 2014 13:55 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “PAŞA Həyat Sığorta” şirkətinin Gəncədə yerləşən “Qərb” filialı fəaliyyətə başlayıb.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ilk filial sayılan “Qərb” filialı Gəncə şəhəri, Atatürk prospekti 261 ünvanında yerləşir.

 

Yeni filialda baş ofisdə olduğu kimi həyat sığortası üzrə bütün xidmətlər, icbari və könlüllü həyat sığortası məhsulları, o cümlədən istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsullarının satışı həyata keçirilir.

 

Sığorta xidmətləri ilə yanaşı, filial eyni zamanda həyat sığortası məhsullarının tanıdılması istiqamətində bölgədə maarifləndirmə işləri də həyata keçirilməsi düşünülür.

 

Filialın fəaliyyətə başlaması qərb bölgəsində yaşayan sakinlərin sığorta xidmətlərindən istifadəsini, eləcə də bu xidmətlərdən yararlanmasını daha da asanlaşdıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR