Bakı - APA-Economics. Azərbaycan sığortaçıları mövcud problemlərə baxmayaraq, ölkədə icbari tibbi sığortanın tətbiqinə hazırdırlar.
“APA-Economics”in məlumatına görə, bu barədə “PAŞA Sığorta” şirkətinin Tibb departamentinin rəhbəri Rəna Mahmudova bildirib.
“Bununla yanaşı, biz tibb sahəsinin maliyyələşdirilməsi, akkreditasiya və tibbi protokolların hazırlanması və digər məsələlərlə bağlı çətinliklərlə üzləşəcəyimizi bilirik”, - deyə.
Qeyd edək ki, Azərbaycanda könüllü tibbi sığorta bazarının 99%-i korporativ müştərilər hesabına formalaşıb. 2013-cü ildə ölkənin sığorta bazarında könüllü tibbi sığortanın payı 16,13% təşkil edib.