Bakı - APA-Economics. Cari ilin 1 iyun tarixinə “Rabitəbank”ın ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 12% artaraq 282 mln. manata çatıb.
Bu barədə “APA-Economics”ə bankdan məlumat verilib.
Hesabat dövründə müştərilərə verilən kreditlər 16% artaraq 188 mln. manat, depozitlər 17% artaraq 203 mln. manat təşkil edib.
Bundan əlavə, bankın kapitalı 2% artaraq 54 mln. manata çatıb.
Hazırda bank 22 filial və 2 şöbəsi vasitəsi ilə Bakı və 16 regionu əhatə edib.
Məlumatda qeyd olunur ki, “Rabitəbank” 50 minə yaxın şirkət və fiziki şəxslərdən ibarət müştəriyə xidmət göstərir.