Bank Of Baku

“Unibank” ALBALI PLUS kartının təqdimatını keçirib

“Unibank” ALBALI PLUS kartının təqdimatını keçirib
# 17 aprel 2014 10:00 (UTC +04:00)

Bakı – APA-Economics. Bu günlərdə “Unibank”-ın ALBALI PLUS kartının təqdimatı keçirilib.

 

Tədbirdə (https://www.youtube.com/watch?v=lYPrUDPYeH8&feature=youtu.be) bankın yüzlərlə tərəfdaşı və müştərisi bir araya toplanıb. Bankın icraçı direktoru Cəlal Qasımov ALBALI PLUS kartını “müştərilərin şəxsi bankı” adlandırıb, çünki bu karta sahib olan müştərilər, bankın əksər məhsullarından istifadə etmək imkanı qazanırlar. Onun sözlərinə görə, müştəri istəsə ALBALI PLUS vasitəsilə kredit götürə, banka gəlmədən sərfəli şərtlərlə depozit yerləşdirə, taksit kartı kimi istifadə edə, kommunal xidmət haqlarını və digər ödənişləri həyata keçirə bilər.

 

BİR KARTLA  BÜTÜN  DÜNYAYA 

 

ALBALI PLUS Master Card ödəniş sisteminə aid olduğundan, dünyanın bütün ölkələrində istifadəsi mümkündür. İstənilən ölkədə ALBALI PLUS vasitəsilə güzəşt dövrü olan kredit xətti açdırıb, alış-veriş etmək olar. Master Card-ın regional direktoru Hakan Acar Azərbaycan kart bazarının ən güclü kartlarından biri ilə əməkdaşlıqdan çox şad olduqlarını deyib. H. Acar çoxfunksiyalı yeni məhsulun tərəfdaşların dövriyyəsini xeyli  artıracağına əmindir.

 

TƏRƏFDAŞLAR NƏ DÜŞÜNÜR?

 

“İdeal” şirkətinin rəsmisi Emil Saydumov hesab edir ki, yeni kartın çoximkanlı olması müsbət haldır və tərəfdaşlar üçün daha çox imkanlar açır.

 

“Unibank”-ın digər daimi tərəfdaşı “Azretail” MMC-nin nümayəndəsi Nahid Bağırov ALBALI PLUS-un təmsil etdiyi “Araz” super marketlərində satışın dövriyyəsinin daha da artmasına təsir göstərəcəyinə əmindir.

 

“Tesco Computers”-in təmsilçisi Afaq Quliyeva isə ALBALI PLUS kartının son dərəcə maraqlı və cəlbedici məhsul olduğunu, qısa müddətdə özünə çox sayda alıcılar tapacağına inandığını bildirib.

 

KİMLƏR ALA BİLƏR

 

ALBALI PLUS kartını iş yerindən arayış və şəxsiyyət vəsiqəsini “Unibank” filialına təqdim etməklə, 18-70 yaş arası bütün Azərbaycan vətəndaşları ala bilər.

 

ALBALI  PLUS - hamı üçün əlçatan, istifadəsi sadə və çoximkanlı kart!

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

ALBALI PLUS- arzuları reallaşdıran kart!

 

Unibank – hər kəsin bankı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR