Bakı. APA-Economics. “Unibank”ın 3D Secure sistemi daha da təkmilləşdirilib. “Visa” və “MasterCard”ları ilə internet ödənişləri həm təhlükəsiz, həm də rahatdır. Yenilənmiş Dinamik (dəyişkən kod) sistemi, 3D Secure xidmətinə qoşulan kart sahiblərinin işini daha da asanlaşdırıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu layihə, kartı hər cür dələduzluq və fırıldaqçılıq hallarından müdafiə edir.
Bankın bütün “Visa” və “MasterCard” kartları ilə bu sistemə qoşulmaq mümkündür.
Hər internet ödənişi zamanı daxil edilən kodu yadda saxlamaq lazım deyil, çünki dinamik kod internet ödənişi zamanı bir neçə saniyə ərzində müştərinin bankda qeydiyyatda olan nömrəsinə göndərilir.
Yeni müştərilər bankdan kart sifariş etdikdə bu xidmətə avtomatik olaraq qoşulacaq. Müştərilərə xidmətə qoşulma haqqında sms göndəriləcək.