Bank Of Baku

“Unibank” müştərilər üçün kreditin maksimal məbləğini qaldırıb

“Unibank” müştərilər üçün kreditin maksimal məbləğini qaldırıb
# 16 aprel 2014 10:36 (UTC +04:00)

Bakı. APA-Economics. “Unibank”dan götürülən hər 1 000 manat kreditə görə, aylıq ödəniş faiz və əsas borc daxil olmaqla cəmi 31 manatdan başlayır.

 

Bankdan “APA-Economic”ə verilən məlumata görə, müştərilər üçün kreditin maksimal məbləğini 7 500 manatdan 10 000 manata qaldırılıb və kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası hələdə davam edir.

 

Bank filiallarına müraciət edən müştərilər cəmi 20 dəqiqə ərzində kredit ala bilirlər.

 

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, bankdan 10 000 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər.

 

“Unibank” hazırda 35 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün bankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

 

Unibank – hər kəsin bankı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR