Bank Of Baku

“Unibank” müştərilərinə “Milli Ön” ödəniş terminallarında kredit sifarişi və kredit ödənişləri etmək imkanı yaradıb - FOTO

“Unibank” müştərilərinə “Milli Ön” ödəniş terminallarında kredit sifarişi və kredit ödənişləri etmək imkanı yaradıb  - <span style="color: red;">FOTO
# 07 iyun 2013 08:07 (UTC +04:00)

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, artıq  filiallara gəlmədən, “Milli Ön” ödəniş terminallarında da kredit sifarişi və kredit ödənişlərini etməklə “Unibank” müştəriləri öz vaxtlarına daha çox qənaət etmiş olacaqlar.

 

Kredit ödənişi üçün müştəri “Milli Ön” terminalına mobil telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin PİN kodunu daxil edir və ekranda göstərilən siyahıdan ödəyəcəyi krediti seçərək, məbləği qəbulediciyə daxil edir. Ödə (və ya İrəli) düyməsini aktivləşdirdikdən sonra müştəriyə ödəniş çeki təqdim olunur.

 

“Unibank” müştərilərə filiallara gəlmədən, istənilən “Milli Ön” ödəniş terminalında həmçinin kredit sifarişi edə bilər. Bunun üçün müştəri şəxsiyyət vəsiqəsinin PİN kodunu və əlaqə üçün mobil telefon nömrəsini daxil etməlidir. Bankın əməkdaşları təhlil aparır və nəticəyə uyğun olaraq istifadəçiyə ayrılacaq kredit məbləği və şərtləri barədə məlumat verilir.

 

“Unibank” öz müştəriləri üçün kredit sifarişini və ödənişini kifayət qədər asanlaşdırıb. Bank öz müştərilərinə bank filiallarına gəlmədən, kredit ödənişlərini onlayn, mobil əlavələrin köməyi ilə, eləcə də bankomatlar və cash-in aparatlarının köməyi ilə həyata keçirmək imkanı yaradıb. “Unibank” müştəriləri evlərindən və ya iş yerlərindən http://www.unibank.az/ saytına daxil olmaqla onlayn kredit ödənişi və sifarişi sistemindən istifadə edərək, kredit sifariş edə və ya ödəyə bilirlər.

Azərbaycan bankları içərisində “Unibank” ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın ATM-də qeydiyyata  daxil edərək, “Unibank”da olan kredit ödənişlərini həyata keçirə bilir. Bu imkan kredit sifarişi üçün də yaradılıb. “İnfoUnibank” mobil əlavəsinə malik iPhone və “Android” platformasında olan smartfon və planşet sahibləri də kredit ödənşini həyata keçirə bilərlər. “Unibank”ın Cash-in aparatlarının köməyi ilə  hər kəs növbəsiz, vaxt itkisi olmadan  öz kreditlərini ödəyə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın “Facebook” səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR