Bakı. Musa Əhmədov – APA-Economics. “Unibank” 28 May- Respublika günü ilə bağlı kredit şərtlərini dəyişib.
“APA-Economics”ə verilən məlumata görə, mayın 27-də “Unibank” filialına gələn hər bir müştəriyə kreditlərdə xüsusi güzəştlər ediləcək: kredit proseduru üzrə komissiya 0%, nağdlaşdırma üzrə komissiya 0%, üstəlik kredit götürən hər bir müştəriyə 10 min manatadək balansı olan “Albalı plus” kartı hədiyyə.
Kampaniya 1 günlükdür və mayın 27-də bankdan nağd kredit götürən bütün müştərilər üçündür.
“Unibank”dan götürülən hər 1 000 manat kreditə görə, aylıq ödəniş faiz və əsas borc daxil olmaqla cəmi 31 manatdan başlayır. Kreditin maksimal məbləği 10 min manat təşkil edir. Üstəlik, “Unibank”dan kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası da davam edir.
Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, bankdan 10 min manatadək və 48 ay müddətədək kredit götürə bilər.