Bank Of Baku

“Unibank”a əmanət qoyanlar maşın udmaq şansı qazanacaq

“Unibank”a əmanət qoyanlar maşın udmaq şansı qazanacaq
# 29 may 2013 09:46 (UTC +04:00)

Bankdan “APA-Economics”ə verilən məlumata görə, avqustun 31-dək “Unibank”da depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq.

 

İllik 12%-dək yerləşdirilən, 30 min manatı ötməyən əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

 

Lotereyada  ən azı 12 aylıq müddətə 100 AZN/USD/AVRO  məbləğində əmanət qoyan və ya mövcud əmanətinin müddətini kampaniya ərzində  ən azı 12 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər. Hər 100 AZN/USD/AVRO həcmində əmanət bir şans kimi dəyərləndiriləcək. Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN qazanacaq. Bir qalib isə 2013-cü il istehsalı olan “Chrysler 200 Touring 2.4” avtomobili qazanacaq.

 

“Unibank”da depozitlər maksimal 15,7%-lə və ən çoxu 36 aylıq müddətədir. 12 aylıq müddətə qoyulan əmanətlər üçün faiz dərəcəsi, faizlərin ayda bir dəfə götürüləcəyi halda 12%, faizlərin rübdə, yarım ildə bir dəfə alınması zamanı isə müvafiq olaraq 12,1 və 12,2% hesablanır. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə 12,5% hesablanır.

Kampaniya haqqında haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, bankın saytından (www.unibank.az) və ya bankın “Facebook” səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR