Bakı. Pərviz Nuriyev– APA-Economics. “YapıKredi Bank Azerbaijan”nın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 330,845 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 30% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 46% artaraq 227,581 mln. manata olub. O cümlədən, istehlak kreditlərinin həcmi 85,500 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 52% çoxdur, avtomobil kreditlərinin həcmi isə 57% artaraq 21,147 mln. manata çatıb.
Bankın vaxtı keçmiş kreditlərinin həcmi keçən ilin analoji dövrü ilə müqaisədə 3 dəfə artaraq 7,510 mln. manat olub
Bankın depozit portfeli 2014-cü ildə 37 % artaraq 255,770 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi 43,586 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 7,4% çoxdur.
Ötən il ərzində bankın məcmu kapitalı 3,8% artaraq 62,971 mln. manat, o cümlədən bankın nizamnamə kapitalı dəyişməyərək 46,811 mln. manat təşkil edib.
Bankın gəlirləri otən ilin müvafiq dövrünə nizbətən 43% artaraq 11,558 mln. manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 13 filialı, 26 bankomatı, 2304 POS-terminalı fəaliyyət göstərir.