Bakı. İlkin Əhmədov - APA-Economics. “Azərbaycan Kredit Bankı” ASC-nin aktivlərinin həcmi 2014-cü il aprelin 1-nə 19,241 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8% azdır.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13,5% azalaraq 23,060 mln. manata enib.
Bankın depozit portfeli cari ilin I rübündə 12,4% azalaraq 8,061 mln. manata çatıb. O cümlədən əhalinin əmanətlərinin həcmi 8,050 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 12,2% azdır.
Hesabat dövrü ərzində bankın məcmu kapitalı 40,2% artaraq 6,126 mln. manat, o cümlədən nizamnamə kapitalı 11 mln. 429,38 min manat təşkil edib.
Bank cari ilin I rübünü 1 mln. 946,83 min manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, ötən ilin müvafiq dövrünü bank 2 mln. 438,84 min manat həcmində zərərlə başa vurub.