Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 11-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış «Bank BTB» ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılıb.
Qeyd edək ki, «Bank BTB» (Baku Trade Bank) 2010-cu ildən fəaliyyət göstərir. Ötən ilin sonuna bankın aktivləri 91,8 mln. manat, kredit portfeli 83 mln. manat, depozit portfeli 42,9 mln. manat təşkil edib. Hazırda «BTB»nin nizamnamə kapitalı 13,6 mln. manata bərabərdir.