Bakı – APA-Economics. «Bank of Baku» ASC 17 iyunun - tibb işçilərinin peşə bayramı ilə əlaqədar «Yaxşı həkim axtarırıq!» adlı endirimli kredit kampaniyasına başlayır. Bankdan «APA-Economics»ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, «Bank of Baku» Azərbaycan səhiyyə sisteminin işçiləri üçün pul kreditlərinin illik faiz dərəcəsində 3%-lik endirim edir.
Kreditin maksimal məbləği 10 000 manat, maksimal müddəti 30 ay təşkil edə bilər. «Bank of Baku» ilə razılaşması olan bir çox tibb müəssisənin işçiləri, habelə bankın təkrar müştəriləri bu kampaniyadan yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə faydalana bilər. Qeyd edək ki, iyun 7-də start götürən kampaniya iyulun 7-dək davam edəcək.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək, habelə bankın www.bankofbaku.com/az/conducts-campaigns/cash-loan-campaign-medical.html səhifəsini ziyarət etmək olar.