Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 483,754 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 42,2% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 30,7% artaraq 240,397 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 93,582 mln. manat təşkil edib ki, bu da 2012-ci il aprelin 1-nə olan göstəriciyə nisbətən 51,0% çoxdur.
Bankın depozit portfeli son bir ildə 78,8% artaraq 313,681 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 132,269 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur.
Son bir ildə bankın məcmu kapitalı 0,3% artaraq 60,685 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 37,461 mln. manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 34 filialı, 52 bankomatı, 739 POS-terminalı fəaliyyət göstərir. Bankın 592 işçisi var.