Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC müştərilərə sərfəli şərtlərlə «MasterCard Gold» və «MasterCard Platinum» kartları əsasında «SmartCard» kredit kartlarını təklif edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilər 10 min manatadək kredit xətti, 45 günə qədər güzəşt müddəti olan bu kredit kartlarını 30 manatdan başlayan qiymətlərlə zaminsiz əldə edə bilərlər.
«SmartCard» kredit kartlarını əmək haqqı 500 manatdan yuxarı olan müştərilər, özəl və dövlət müəssisə və təşkilatlarının əməkdaşları, təhsil və tibb müəssisələrinin işçiləri, bu ilin 200 ən yaxşı ali məktəblərinin tələbə və məzunları, ABŞ, Böyük Britaniya, Yaponiya, Kanada və Avropa İttifaqı ölkələrinə vizaları olanlar və ən nəhayət «Bank Standard»ın öz müştəriləri əldə edə bilərlər.
«SmartCard» kredit kartlarının şərtləri ilə www.bankstandard.com/az/cards/credit/0205/ saytından və ya bankın məlumat mərkəzinin 158 nömrəsinə zəng vurmaqla tanış olmaq mümkündür.