Bank Of Baku

«Bolkart» istifadəçiləri üçün nağd pul kampaniyası keçirilir

«Bolkart» istifadəçiləri üçün nağd pul kampaniyası keçirilir
# 23 may 2013 08:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Qarşıdan gələn 28 May - Respublika günü və Azərbaycan Demokratik Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar «Bank of Baku» ASC «Bolkart» istifadəçiləri üçün nağd pul kampaniyasına start verir.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, mayın 24-28-də kartdan pul çıxaran «Bolkart» sahibləri iyulun 10-dək əlavə faizsiz ödəniş imkanı qazanır.

 

Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Nağdlaşdırmanın komissiya haqqı 3%-dir.

 

Xatırladaq ki, «Bolkart» kredit kartı alınan malın dəyərini 1, 3, 6 və 12 aya bölüb hissə-hissə ödəməyə imkan verir. «Bolkart»ı qısa müddət ərzində artıq 100 minə yaxın şəxs əldə edib. «Bolkart»la ölkənin 800-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür.

 

«Bolkart»ı həm onlayn rejimdə (www.bolkart.az), həm də «Bank of Baku»nun istənilən filialında sifariş etmək olar. Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR