Bank Of Baku

«Bolkart» kredit kartları artıq «MasterCard» loqosu ilə dövriyyəyə buraxılacaq

«Bolkart» kredit kartları artıq «MasterCard» loqosu ilə dövriyyəyə buraxılacaq
# 31 may 2013 12:36 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin «Bolkart» kredit kartı çox yaxında «MasterCard» loqosu ilə dövriyyəyə buraxılacaq və bu cür «Bolkart» sahibləri «MasterCard»ın bütün üstünlüklərinə malik olacaq. Artıq «Bolkart» sahibləri yalnız ölkə daxilində deyil, xaricdəki ticarət mərkəzlərində də kartları ilə alış-veriş edə bilərlər.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Bolkart» istifadəçiləri aşağıdakı üstünlükləri əldə edəcəklər: ölkədə və ölkədən kənarda istənilən ticarət subyektində alış-veriş, internetdə «MasterCard» loqosu olan istənilən onlayn mağazada alış-veriş, «MasterCard» loqolu «Bolkart»lar xüsusi çiplə təmin ediləcək və bunun sayəsində POS-terminal ilə əməliyyatlar daha təhlükəsiz, sürətli və rahat aparılacaq.

 

Hazırda «Bank of Baku»ya toplam olaraq 250 minə yaxın kart məxsusdur və bu kartların 100 mindən çoxunu «Bolkart» təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR