Bakı - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC 1 iyun - Uşaqların beynəlxalq müdafiəsi Günü ilə əlaqədar «Bolkart» sahibləri üçün şəhərin bir sıra uşaq dükanlarında bayram kampaniyası keçirəcək.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, mayın 31-də və iyunun 1-2-də «Bolkart» sahibləri üçün alış-veriş zamanı ödəniş müddəti 3 ay uzadılır. İndi alınmış malın dəyərini 3 ay keçərli olan mağazalarda 6 aya , 6 ay keçərli olan mağazalarda isə 9 aya ödəmək mümkündür. Bu kampaniya yalnız üç gün davam edəcək.
Kampaniyada bir sıra tanınmış brendləri təmsil edən mağazalar iştirak edir. Belə ki, 145 Məlumat Mərkəzi və www.facebook.com/Bolkart səhifəsində daha ətraflı məlumat almaq mümkündür.