Bank Of Baku

«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb

«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb
# 23 may 2013 12:17 (UTC +04:00)

«APA-ECONOMICS»in məlumatına görə, jurnalın bu sayında Azərbaycanda pul-kredit siyasəti, «Fitch» agentliyi tərəfindən Azərbaycana verilən reytinq barəsində məqalələr, sığorta şirkətlərinin renkinqi, kondisionerlər bazarı ilə bağlı araşdırma və s. məqalələr yer alıb.


Qeyd edək ki, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 38 buraxılışı işıq üzü görüb. «Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər.

 

«Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.


Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR