Bakı – APA-Economics. Azərbaycanın «Meqa Sığorta» ASC iyunun 3-də adi sənədsiz adlı səhmlərinin emissiyasının Bakı Fond Birjası (
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 5 min manat, sayı 100 ədəd, emissiyanın ümumi həcmi isə 500 min manat təşkil edir. Səhmlərin alınması üçün tətbiq olunan üstünlük hüququnun müddəti iyulun 3-də bitəcək. Emissiyanın yerləşdirilməsi prosesində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edəcək.
Sözügedən qiymətli kağızların yerləşdirilməsi başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalı 5% artaraq 10,5 mln. manata çatacaq.
Qeyd edək ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti 2011-ci ilin oktyabr ayınadək «BE&G» sığorta adı ilə fəaliyyət göstərib. Şirkət 1998-ci ildən «Naxçıvan» sığorta brendi ilə yaradılıb və 2001-ci ildə şirkətin adı «BE&G»yə dəyişdirilib. Hazırda şirkətin nizamnamə kapitalı 10 mln. manat təşkil edir.