Bank Of Baku

«MilliKart» Prosessinq Mərkəzi yeni layihələrin icrasına hazırlaşır

«MilliKart» Prosessinq Mərkəzi yeni layihələrin icrasına hazırlaşır
# 22 may 2013 10:08 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «MilliKart» Prosessinq Mərkəzi tərəfindən hazırda 15 bank təşkilatına xidmət göstərilir ki, bunlardan 12-si tam, 3-ü isə qismət xidmətlərlə əhatə olunub. «APA-Economics»in xəbər verdiyi kimi, bunu «MilliKart»ın rebrenqinə həsr olunan bugünkü tədbirdə «MilliKart»ın rəhbəri Cəlal Orucov bildirib.

 

C.Orucovun sözlərinə görə, «MilliKart»ın əhatə dairəsində 400-ə yaxın bankomat, 6 mindən artıq POS-terminal, 250 mindən artıq personalizasiya olunmuş kart var.

 

Qeyd edək ki, qurum tərəfindən bir sıra layihə həyata keçirilir və daha bir neçə yenisinin icrası planlaşdırılır. Belə ki, reallaşdırılan əsas layihələr sırasında «Instant issuance» (plastik kartların dərhal verilməsi) və «Bonus & Taksit» (hissə-hissə ödəmə və bonus qazanmaq imkanı) proqramlarını qeyd etmək olar. Bundan əlavə, «MilliKart» hədiyə kartları ilə bağlı layihə həyata keçirməyə planlaşdırır. Layihə çərçivəsində «Qala Həyat» sığorta şirkəti Prosessinq Mərkəzi ilə birlikdə həyat yığım sığortasını genişləndirmək niyyətindədir.

 

Xatırladaq ki, «MilliKart» 18 bank tərəfindən təsis edilib və hazırda onun nizamnamə kapitalında iştirak edən «AtaBank», «Dəmirbank», «Azər-Türk Bank», «Bank of Baku», «Zaminbank», «Turanbank», «Amrahbank», «Xalqbank», «Kredobank», «Accessbank», «Parabank», «Rabitəbank», «Bank Respublika», «Bank Standard», «Bank Technique», «Unibank», «Azərbaycan Sənaye Bankı» və Avropa Yenidənqurma və İnkişaf Bankıdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR