Bank Of Baku

«Rabitəbank»ın depozit portfeli son bir ildə 50% artıb

«Rabitəbank»ın depozit portfeli son bir ildə 50% artıb
# 30 may 2013 07:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 193,789 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37,3% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22,6% artaraq 114,386 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 40,448 mln. manat təşkil edib ki, bu da 2012-ci il aprelin 1-nə olan göstəriciyə nisbətən 57,0% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 4,5% azalaraq 5,694 mln. manat olub. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 1,4 faiz bəndi azalaraq 5,0%-ə enib.

 

Bankın depozit portfeli son bir ildə 49,1% artaraq 119,344 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 80,085 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 10,3% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 2,7 dəfə artaraq 43,139 mln. manat, o cümlədən nizamnamə kapitalı 3,0 dəfə artaraq 40,000 mln. manat təşkil edib.

 

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 15,8% artaraq 52 749, o cümlədən fiziki şəxslərin sayı 15,9% artaraq 51 943, hüquqi şəxslərin sayı 1,2% azalaraq 806 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 11 997-yə bərabər olub ki, bu da illik müqayisədə 31,9% çoxdur. O cümlədən, debet kartların sayı 27,3% artaraq 8 380-ə, kredit kartların sayı 44,0% artaraq 3 617-yə çatıb.


Hazırda bankın ölkə üzrə 18 filialı, 32 bankomatı, 602 POS-terminalı fəaliyyət göstərir. Bankın 434 işçisi var, bank üzrə orta aylıq əmək haqqı 787 manata bərabərdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR