Bank Of Baku

Avropa Birliyinin nümayəndəsi: «Azərbaycanda elektron auditin tətbiqi vergi inzibatçılığını təkmilləşdirəcək»

 Avropa Birliyinin nümayəndəsi: «Azərbaycanda elektron auditin tətbiqi vergi inzibatçılığını təkmilləşdirəcək»
# 29 may 2013 13:20 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. «E-Audit»in Azərbaycanda tətbiqi ölkənin vergi sistemində vergi inzibatçılığı yükünü azaldacaq və elektron bəyannamələrin təqdim olunmasını asanlaşdıracaq. «APA-Economics»in məlumatına görə, bunu Avropa Birliyinin Bakı ofisinin rəhbəri Roland Kobia bildirib. 

 

Onun sözlərinə görə, yeni sistemin tətbiqi həmçinin vergidən yayınma hallarının qarşısını alacaq və büdcə daxilolmalarının artmasına və şəffaflığın dərinləşməsinə kömək edəcək.


R.Kobia Azərbaycanda investisiya mühitinin yaxşılaşması istiqamətində hökumətin atdığı addımları müsbət qiymətləndirib. Bununla yanaşı, AB rəsmisi Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı prosesi yaxından izlədiyini və bununla bağlı Milli Məclisdə keçirilən müzakirələrdə iştirak etdiyini bildirərək bu prosesi müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu Məcəllənin qəbul olunması ölkədə iqtisadi rəqabətin güclənməsinə, şəffaflığa və korrupsiyanın aradan qaldırılmasına kömək edəcək. Yeni Məcəllənin qəbulu vergi sisteminə də öz təsirini göstərəcək və ümumi iqtisadi vəziyyətə müsbət təsir edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR