Onun sözlərinə görə, danışıqlar yekunlaşdırıldıqdan sonra sözügedən ölkələrlə müvafiq ikitərəfli sazişlərin imzalanması nəzərdə tutulur. Azərbaycan Vergilər Nazirliyinin ikiqat vergitutmanın aradan qaldırılması məqsədi ilə 19 ölkə ilə analoji sazişlər bağladığını və eləcə də Avropanın 6 ölkəsi ilə belə sazişin imzalanmasına hazırlıq getdiyini xatırladan R.Kobia qeyd edib ki, bu müqavilələr həmin ölkələr ilə Azərbaycan arasında iqtisadi və investisiya əlaqələrinin artmasına kömək edəcək və sərmayələrin axınına təkan verəcək.