Ş.Mövsümovun sözlərinə görə, beləliklə, Neft Fondu «VTB»nin səhmlərinin 3%-nə sahib olub və bankın idarə olunması prosesində iştirak etmək niyyətindədir. Artıq Ş.Mövsümovun namizədliyi «VTB»nin Direktorlar Şurasının üzvlüyünə irəli sürülüb.
Ş.Mövsümov bəyan edib ki, hazırda xarici bankların səhmlərinin və ya xaricdə daşınmaz əmlakın alınması ilə bağlı Fondun konkret layihəsi yoxdur. Lakin ARDNF öz strategiyası çərçivəsində müvafiq araşdırma və seçim aparmaqdadır. Ş.Mövsümov qeyd edib ki, Fond «VTB» bankının qiymətli kağızlarının alınması və ya gələcəkdə bağlanması mümkün olan digər oxşar əməliyyatları spekulyativ məqsədlərlə deyil, strateji investor kimi həyata keçirir.